ZÖKƏM (RİNİT)


Zökəm (rinit) əleyhinə ən adi profilaktik tədbirlərdən biri - hər səhər burun-udlaq yolunu soyuq su ilə yaxalamaqdır.
Öncə onu qeyd etmək lazımdır ki, zökəm, adətən, başqa bir xəstəliyin təzahürüdür və bu xəstəliyi müalicə etmək lazımdır. Bununla belə, zökəmin özünü də diqqətdən kənar saxlamaq olmaz.
Zökəm başlanan kimi ayaq pəncəsinin altına xardal qoyulmalı (aptekdən alınmış və yaxud evdə xardal tozundan düzəldilmiş), flanellə bintlənməli və yun corab geyilməlidir. Mümkün qədər uzun müddət (1-2 saat) saxlamaq məsləhətdir. Sonra xardalı götürərək bir qədər gəzinmək lazımdır. Bunu axşam, yatmazdan qabaq etmək məsləhətdir. Səhərədək zökəm keçib gedəcək.
Sibirdə, hələ qədimdən, zökəmi xardal tozu ilə müalicə edirlər. Onu coraba səpərək bir neçə gün beləcə gəzirlər.
Zökəm zamanı təmbəki də kömək edir. Burunla elə dərindən nəfəs almaq lazımdır ki, təmbəki burun-udlaq yolu ilə ağıza qədər çatsın.
Burun-udlağın gündəlik gigiyenik tualeti: burunun ön şöbələrinin gündə 2 dəfə sabunla yuyulması faydalıdır. Burun yollarının çuğundur şirəsi ilə yaxalanması da yüngüllük gətirir.
Güclü zökəm zamanı, xəstəliyin ilkin stadiyalarında iltihab əleyhinə və damar daraldıcı təsirə malik dərman bitkilərinin məlhəmi və ya şirəsindən istifadə etmək kifayətdir. İtburnu, çaytikanı yağı, aloe və kalanxoe şirəsi hər burun dəliyinə 4-6 damcı, gündə 3 dəfə damızdırılır. Adi boymadərənin və gicitkənin  məlhəmi (10%-li) və yaxud kalendula gülünün məlhəmi (20%-li) gündə 2-3 dəfə buruna sürtülür.

Xalq təbabətində zökəm zamanı sarımsaqdan və soğandan geniş istifadə olunur:
  • bir neçə damcı sarımsaq şirəsi və hər biri bir hissə yerkökü şirəsi və bitki yağı yaxşıca qarışdırılır və hər burun dəliyinə 2-3 damcı gündə bir neçə dəfə damızdırılır;
  • soğan şirəsində isladılmış pambıq tamponlar 10-15 dəqiqəlik gündə 3-4 dəfə burun dəliklərində yerləşdirilir;
  • 3 xörək qaşığı xırda doğranmış soğanın üzərinə 50 ml qaynar su alaraq, 0,5 çay qaşığı bal və ya şəkər əlavə edilir, 30 dəqiqə saxlayaraq, süzülür. Hər burun dəliyinə 2-3 damcı gündə bir neçə dəfə damızdırılır;
  • xırda doğranmış 3-4 dilim sarımsağın və ya 1/4 baş soğanın üzərinə 2 xörək qaşığı bitki yağı əlavə edərək, şüşə qabda 30-40 dəqiqə su hamamında saxlamaq, soyutmaq, yaxşıca qarışdırmaq və 2 saat saxladıqdan sonra tənzifdən süzmək lazımdır. Burunun selikli qişasına sürtülür;
  • soğanla inhalyasiya da faydalıdır (bax: angina).
İnhalyasiyanı, buğda və ya çovdar suxarisini isti plitədə qızdıraraq buxarı ilə 2-3 dəqiqə gündə 3 dəfə nəfəs almaqla da aparmaq olar. Qaynar kartof və dərman bitkilərinin dəmləməsi ilə (bax: angina) buxar vannaları da effektlidir.
Xalq təbibləri balın çiy çuğundur şirəsində 30%-li məhlulunu 5-6 damcı gündə 4-5 dəfə hər burun dəliyinə damızdırmağı məsləhət görürlər.
Rinitə qarşı, xüsusən, əgər o təzə başlayıbsa, daha bir sadə və effektli üsul:
  • sol əlin ovcunu buruna və alına, sağ əli isə günəş kələfinə (qarın boşluğunun ön divarında) sıxaraq, 15 dəqiqə saxlamaq lazımdır (zökəm gərək keçsin). Lazım gələrsə, proseduranı təkrar etmək olar.
Rus xalq təbabəti sinusitləri (burun artımlarının selikli qişasının iltihabı - haymorit, frontit və s.) qıtığotu və limon şirəsi ilə müaləcə etməyi təklif edir:
  • qıtığotu kökü yaxşıca yuyulur, təmizlənir, sürtgəcdən keçirilir və alınan kütlədən 1/3 stəkan 2-3 limonun şirəsi ilə qarışdırılır. 0,5 çay qaşığı səhər yeməyindən 20-25 dəqiqə sonra qəbul edilir.
 Kəskin respirator infeksiya zamanı ağız boşluğunu və udlağı yerkökü şirəsi ilə, isti qaynadılmış suda durulaşdırılmış qarağat, təzə kələm şirəsi, qara turp şirəsi ilə bal və ya şəkər qarışığı, kəklikotu dəmləməsi, acı yovşan otunun həlimi və digər dərman bitkilərinin dəmləmələri ilə (bax: angina) yaxalamaq məsləhətdir.
Bunlardan savayı, moruq yarpağının dəmləməsi və həlimi, bal qatılmış buğda kəpəyinin həlimi, bağayarpağı, şam tumurcuğunun dəmləməsi, naringi qabığının spirtdə tinkturası, xiyar toxumundan hazırlanmış içki də faydalıdır.






No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.