Müalicə məqsədi ilə kükürdlü, civəli və salisilli məlhəmlərdən,
sulsen sabunu və ya pastasından istifadə olunur. Daxilə A və B-qrupu vitaminlərinin qəbulu məqsədəuyğundur.
Kəpək və saçın tökülməsinə qarşı tarixin təcrübəsindən keçmiş
xalq vasitəsi:
- 20 q bataqlıq zambağı (air) kökü, 10 q kalendula çiçəyi, 20 q pıtraq kökü (lopux), 15 q mayaotu qozasını 1 litr qaynar suda dəmləyərək 2 saat gözləmək, süzmək və alınmış dəmlə başın tüklü hissəsini islatmaq lazımdır.
Daha bir resept:
- 1/4 xörək qaşığı konyakla (və ya romla) 1 yumurtanı yaxşıca qarışdırıb, qabaqcadan yuyulmuş nəm saçlara sürtür və dəsmalla bağlayırsınız. 25 dəqiqədən sonra saçları ilıq su ilə yaxalayırsınız.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.