«Vegetativ damar
distoniyası» qabaqlar çox geniş işlədilən və əsasən vegetativ sinir sistemində baş
verən dəyişikliklərin təzahürünü cəmləşdirən ümumiləşdirilmiş bir məvhumdur.
Vegetativ sinir
sistemi daxili orqanların, daxili və xarici sekresiya vəzilərinin, qan və limfa
damarlarının fəaliyyətini tənzimləyən sinir sisteminin bir şöbəsidir. Vegetativ
sinir sistemi maddələr mübadiləsini və onunla bağlı tənəffüs, qan dövranı, həzm,
ifrazat və törəmə funksiyalarını idarə edir, orqanizmin daxili mühitini tənzimləyir.
Vegetativ sinir sisteminin fəaliyyəti, əsasən, qeyri-ixtiyaridir və bilavasitə şüurla
nəzarət olunmur.
Vegetativ sinir
sisteminin periferik şöbələrinin pozğunluqları müvafiq orqan və ya sistemlərdə müxtəlif
lokalizasiyalı və intensivlikli ağrı hissiyyatı, həmin sistemlərin funksiyasının
pozulması əlamətləri ilə müşayiət olunur və çox vaxt həmin orqanlarda kəskin xəstəliyi
imitasiya edə (yamsılaya) bilər.
Vegetativ sinir
sisteminin mərkəzi şöbələrinin zədələnməsi, adətən, onun tənzimləmə fəaliyyətinin,
orqanizmin ətraf mühit şəraitinin dəyişikliklərinə uyğunlaşma (adaptasiya) funksiyasının
pozulmasına (məs., atmosfer təzyiqinin, havanın rütubəti və hərarətinin dəyişmələri),
əmək qabiliyyətinin, fiziki, emosional və psixiki təsirlərə qarşı müqavimətin aşağı
düşməsinə səbəb olur. Qeyd etdiyimiz kimi, qabaqlar bu hallar «vegetativ disfunksiya»,
«vegetativ distoniya», «vegetativ nevroz» kimi qiymətləndirilirdi. Halbuki, vegetativ
pozğunluqlar, adətən, sinir sisteminin bütövlükdə funksional və ya üzvi pozğunluqları
kompleksinə daxildir.
Bununla belə,
qan təzyiqinin aşağı düşməsi, əzginlik, ürək nahiyəsində ağrı, başgicəllənmə, iştahın
itməsi və bununla əlaqədar bədən çəkisinin azalması müşahidə olunarsa, və bu hallar
həmişəki həyat tonusunun aşağı enməsi ilə, yuxunun pozulması ilə, əhval-ruhiyyənin
dəyişkən olması ilə, insanın özündən, ətrafdakılardan və öz işindən narazı olması
ilə müşayiət olunarsa, və müayinə zamanı daxili orqanlarda digər ciddi xəstəliklərin olması istisna edilərsə, «vegetativ damar distoniyasından» şübhələnsək, yanılmarıq.
Belə hallar müşahidə
olunursa, mümkün qədər təmiz havada olmaq, piyada gəzmək, gündəlik itburnu çiçəyinin,
dazıotunun (zveroboy) dəmləməsini içmək məsləhətdir. Çiyələk, qarağat, nanə, qızılgül
yarpağından çayı da unutmaq olmaz. Bu içkilər qanın tərkibini yaxşılaşdırır, damarları
təmizləyir, orqanizmi vitaminlərlə zənginləşdirir, iştahı artırır. Bu zaman əsas
şərt meyvə və tərəvəzlə zəngin qidadan imtina etməməkdir. Gündəlik ac qarına bir
qaşıq bal və bir neçə qoz yemək məsləhətdir.
Ürək nahiyəsində
ağrılara, baş ağrılarına qarşı, yuxunun, qan təzyiqinin normallaşdırılması üçün:
- hərəsindən 1 çay qaşığı yemişan, damotu, pişikotu kökü (əgər yoxdursa, nanə yarpağı) 1 stəkan qaynar suda dəmlənərək tənzifdən süzülür və gündə 3 dəfə bir neçə qaşıq səhər, günorta və qalan hissəsi axşam yatmazdan qabaq içilir. Yüngüllük, bədən qüvvəsi, sağlamlıq hiss etməyə başladıqda, hələ bir neçə müddət də yalnız axşamlar yarım stəkan qəbul etməklə müalicə davam etdirilir. 2-3 həftə fasilə verdikdən sonra müalicəni təkrarlamaq məsləhətdir.
Tütün və spirtli
içkiləri həmişəlik yaddan çıxarın!
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.