DİŞ AĞRISI

Əgər gözlənilmədən diş ağrısı başlamışsa və yaxın zamanda stomatoloqun qəbuluna düşmək mümkün deyilsə, aşağıdakı məsləhətlər yerinə düşər.
Diş ağrısı zamanı xalq təbabəti vasitələrindən ən yayılmışlarından duz, sarımsaq və soğandır. Onlar güclü antibakterial təsirə malikdirlər və bir neçə saat müddətinə ağrını kəsməyə kömək edirlər:
  • ağız boşluğunu qida qalıqlarından təmizləyərək ağrılı dişə bir qədər duz və yaxud duzla sarımsağın, duzla soğanın qarışığını (bərabər miqdarda) qoymaq və üstdən pambıq tamponla örtmək məsləhətdir.
Diş ağrılarında arı yapışqanından (propolis), tozağacı yarpağından və tumurcuğundan da istifadə olunur:
  • propolisin bir balaca tikəsi və yaxud onun spirtli tinkturasında isladılmış pambıq tampon, tozağacı yarpağı və ya tumurcuğu təmizlənmiş diş boşluğunda yerləşdirilir;
  • diş ağrısından qurtarmaq üçün xəstə tərəfdə yanaqla damaq arasına bir tikə donuz salası qoyulur. Ağrı kəsilənədək 15-20 dəq. saxlamaq olar;
  • ağrı olan tərəfdə qulağa bağayarpağı qabığı qoyulsa ağrı tam kəsilər.
Molokanlar diş ağrısını «qəribə» üsulla müalicə edirlər: sarımsağı biləyin içəri tərəfinə sürtürlər, sonra isə sarımsağı xırda doğrayıb nəbzin üstünə qoyaraq bərk sarğı ilə bağlayırlar.

Dişlərin ən yayılmış xəstəliyi kariesdir. Kariesin profilaktikası hələ uşaq yaşlarından başlanmalıdır. Profilaktika məqsədi ilə dişlər sutkada 1 dəfədən az olmamaq şərtilə təmizlənməli, hər yemək yedikdən sonra ağız boşluğu yaxalanmalıdır. Hər kəs öz sağlamlığına, qidalanmasına fikir verməli, vitamin çatışmazlığına yol verməməlidir.
Hər bir şəxs kariesin ilkin formalarının aşkar olunması üçün ildə 2 dəfə stomatoloqun qəbulunda olmalıdır. Xüsusilə bu uşaqlara aiddir. Belə ki, uşaqlar 3-7 və 12-17 yaşlarında kariesə daha həssasdırlar.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.