Əzilmə - xarici örtüyün tamlığının pozulmaması ilə toxumaların mexaniki
zədələnməsidir. Əzilmələr travma, küt alətlə zərbə nəticəsində əmələ gəlir. Ağır
travma nəticəsində baş və onurğa beyinin, döş qəfəsinin, qarın boşluğu divarının
və s. əzilməsi həyat üçün əhəmiyyətli funksiyaların pozulması ilə nəticələnə bilər.
Əzilmələrə, damar divarlarının keçiriciliyinin pozulması nəticəsində
şişkinliyin (ödemin) və ətraf toxumalara qansızmanın olması xarakterikdir.
Əzilmiş hissəyə vaxt itirmədən buz və yaxud hər hansı bir
soyuq əşya qoymaq, 1-2 saatdan sonra isə həmin hissəyə kamfora spirti və yaxud öküzgülü
(arnika) çiçəyinin həlimini sürtmək məsləhətdir.
Əzilmələr zamanı ən yaxşı vasitələrdən biri süngər (bodyaqa)
sayılır:
- 2 xörək qaşığı süngər tozu 4 xörək qaşığı qaynar suda həll edilərək əzilmiş yerə sürtülür. Süngər, su bir qədər buxarlandıqdan sonra təsir göstərir və hematomanın qarşısını alır.
Nəhayət ən sadə və əlverişli vasitə - öz sidiyi ilə kompresin
qoyulmasıdır.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.