İMPOTENSİYA


Bir çox ölkələrin xalq təbibləri bu fikirlə yekdildirlər ki, impotensiyanın (kişilərdə cinsi zəifliyin) inkişafı, çox zaman, bilavasitə cinsi sferaya toxunmayan, lakin ona böyük təsir göstərən faktorlarla əlaqədardır. Bu faktorlara fiziki cəhətdən yorulma, evdə və işdə əsəbi şərait, spirtli içkilərə aludəçilik, papiros çəkmə və s. aiddir. Cinsi zəifliyi müalicə edərkən, bunları ilk növbədə nəzərdə saxlamaq lazımdır. Bundan başqa piyada gəzintilər, səhər gimnastikası, möhkəmləndirici proseduralar faydalıdır.

Qida rasionuna süddə qaynadılmış turp, cəfəri, qoz (gündə 4-5 ədəd 7-10 gün, sonra 1 ay fasilə), «qoqol-moqol» (1-2 yumurta ilə, həftədə 2 dəfədən artıq olmamaq şərtilə), bal (gündə 1 xörək qaşığı 1/4 stəkan isti su ilə 2 həftə ərzində, sonra 1,5-2 ay fasilə) daxil edilməsi məsləhətdir.
Ümumi məsləhətlər:
  • əsas meyar cinsi əlaqələrin sayı deyil, hər iki tərəfin əhval-ruhiyyəsidir;
  • sutkada 9-10 saat yaxşı dərin yuxu;
  • həftədə 1 dəfə buxar hamamı (20-30 dəqiqə);
  • günəş vannaları - vacibdir!
  • müalicəvi aclıq (ildə 2-3 dəfə 3-6 gün müddətinə və ildə 1 dəfə 25-30 gün);
  • artıq yeməyin, xüsusilə, axşam yatmazdan qabaq və piylənmənin qarşısı alınmalıdır;
  • spirtli içkilər, tünd kofe və çay rasiondan çıxarılmalıdır;
  • çiy tərəvəzdən, yerkökü, turp, çuğundur, soğan, sarımsaq, cəfəri əlavə olunmaqla salatlar vacibdir;
  • cinsi orqanları soyuq su ilə yumaq (səhər və axşam);
  • açıq havada qaçış və gimnastika, kontrast duş (isti, soyuq), soyuq su ilə çimmək (orqanizmin tədricən möhkəmləndirilməsi);
  • evdə, yataqda mülayim, xoş rəftar, intim əlaqələrin müntəzəmliyi;
  • yataqda özünü «sahib» hiss etmək, qayğıkeş, nəzakətli, zərif, amma «sahib» (heç olmazsa, yataqda) - qul yox.
İmpotensiyanın xalq təbabəti vasitələri ilə müaləcəsi:
  • Çin limonu, 2-5 ədəd və yaxud 20-30 damcı tinkturası, gündə 2-3 dəfə günün birinci yarısında;
  • qızıl kök (çəhrayı rodiola) ekstraktı (aptek preparatı), 15-20 damcı gündə 2-3 dəfə günün birinci yarısında;
  • levzey (maral gülü) ekstraktı (aptek preparatı), 15-20 damcı gündə 2-3 dəfə günün birinci yarısında;
  • eleuterokokk ekstraktı, 15-20 damcı gündə 2-3 dəfə günün birinci yarısında;
  • jenşen kökü tinkturası, 20-25 damcı gündə 2-3 dəfə günün birinci yarısında;
  • dərman ballıcası - salatlara, şorbalara qatılır; dəmləməsi (10 q quru ot 1 stəkan qaynar suya, 20 dəq. dəmləmək), 1-2 xörək qaşığı gündə 3-4 dəfə;
  • sarımsaq - hər hansı formada;
  • müxtəlif cür soğan - hər hansı formada, ayı soğanı (çeremşa);
  • damotu dəmləməsi (15 q quru ot 1 stəkan qaynar suya), 1 xörək qaşığı axşam;
  • vitaminlər, polivitamin bitkiləri (itburnu, qoz, bal);
  • yerkökü şirəsi ilə balın qarışığı: 50 q yerkökü şirəsi həmin miqdar balla qarışdırılır, 1 xörək qaşığı gündə 2-3 dəfə yeməkdən sonra qəbul edilir.
Cinsi zəiflik zamanı (o cümlədən, yaşlı adamlarda) çöl yarğanotunun yarpağı və toxumları ilə meyvəsi faydalıdır:
  • bu bitkidən 5 q toz halınadək üyüdülür və 0,1-0,25 q gündə 3-4 dəfə qəbul edilir.
Yarğanotunun təsiri öz sabitliyi ilə fərqlənməsə də, çox tezliklə, bəzən 1-2 gündən sonra, özünü biruzə verir. Müsbət təsiri 3-4 ay davam edir, sonra isə tədricən azalır. Arzu edilən effekti əldə etmək üçün 5 q quru otu 200 q qaynar suda dəmləyərək 1 çay qaşığı hər 3-4 saatdan bir qəbul etmək məsləhətdir.
Cinsi aktivliyi gücləndirmək üçün çətənə toxumu faydalıdır:
  • 100 q toxumu tavada qızardaraq 1 xörək qaşığı gündə 2-3 dəfə qəbul etmək məsləhətdir.
Təbiblər impotensiya zamanı və klimakterik periodda ətirşah otunun dəmləməsini məsləhət görürlər:
  • 1 çay qaşığı xırdalanmış quru otu 1 stəkan qaynar suda 10 dəqiqə saxlayaraq çay kimi 1 stəkan səhər və axşam içmək lazımdır.
Bir çox alimlərin fikrincə, cinsi gücsüzlük zamanı dərman qəbul etmək faydasızdır, hətta desələr də ki, onlar möcüzəli təsirə malikdir. Bəlkə də belədir. Ancaq bu təsir çox tez ötüb gedir. Onların cinsi orqanlara təsiri ata qamçı vurmaq kimidir. Hər zərbədən sonra sıçrayış və yenidən zəifləmə. Bunun sevinci azdır.
Əgər spirtli içkilərə aludəçilik varsa, 99% dəqiqliklə demək olar ki, cinsi zəifliyin səbəbi bundadır. Qədəhi unutmaqla, hər kəs mükafat olaraq çox tez bir zamanda özünü güclü və tam mənalı kişi kimi hiss edəcək. Alkohol qəbulundan sonra qısa ehtirasa uymaq olmaz.

Daha iki məsləhət:
  • hər gün axşam ayaqlar üçün ardıcıl olaraq qaynar və soyuq vannalar etmək olar. Bu həm yuxunu yaxşılaşdırar, həm də orqanizmə yeni qüvvə verər;
  • bir yarım girvənkə buzu xırdalayaraq parçaya bükün və bir dəqiqə müddətinə boyunun ardında, kəllə ilə bel sütununun birləşdiyi yerdə saxlayın, sonra ürək nahiyəsində qabırğanın üzərində bir dəqiqə və bir dəqiqə də xayaların arxasında saxlayın. Yadda qalsın - yalnız bir dəqiqə! Beləcə növbə ilə 3-5 dəfə. Əgər bu prosedura bir neçə gün təkrar olunarsa, seksual imkanlar ən güclü dərmanların təsirindən də qat-qat yaxşı bərpa olunar. Cinsi zəiflik iz buraxmadan keçib gedər.
Sonda, kişilərdə cinsi pozğunluqların müalicəsi zamanı vacib şərti vurğulamaq lazımdır - ailədə sağlam psixoloji atmosfer, mülayim davranış, qadının nəzakətli rəftarı, bir-birinin sağlamlığına, əhval-ruhiyyəsinə göstərilən diqqət, qayğı heç bir digər müalicəvi vasitə ilə əvəz oluna bilməz.






No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.