Pəltəklik nitqin tempinin və ritminin pozulmasıdır. O, nitqin
fasiləli olması ilə, təkrarlanmalarla, nitqdə iştirak edən əzələlərin qıcolma hərəkətləri
ilə biruzə verir.
Qədim Yunanıstanın dahi natiqi Demosfen cavanlıqda pəltəklikdən
əziyyət çəkirdi və davamlı məşqlərin sayəsində bunu aradan qaldıra bildi.
Pəltəklik məktəblilərin 1-2%-ində və bütün əhalinin
1,2-2,5%-ində qeyd edilir. Qabarıqlıq dərəcəsinə görə yüngül, orta və ağır, əmələ
gəlmə səbəblərinə görə isə anadangəlmə, qorxudan, xəstəlikdən və baş beyinin travmasından
sonrakı pəltəklik ayırd edilir.
Pəltəklik nevroz kimi 3-5 yaşlı uşaqlarda güclü sinir gərginliyindən,
qorxudan əmələ gəlir. Bütün pəltəklik hallarının təqribən 75%-i itdən, xoruzdan,
inəkdən, başqa heyvanlardan qorxu və habelə ailədə kobud münasibət nəticəsində meydana
gəlir. Axır zamanlar xəstəliyin səbəbi kimi «qorxulu» televiziya proqramları, kinofilmlər,
kompyuter oyunları ön plana çəkilmişdir.
Əsas simptomu, - loqofobiya, - cavab verməkdən (xüsusilə,
dərsdə, imtahanda), yığıncaqlarda çıxış etməkdən, həyəcanlı halda, tanış olmayan
adamlarla, adət etmədiyi şəraitdə danışmaqdan çəkinmək, qorxmaqdır. Pəltək adamlara
artmış həssaslıq, özünə qapanma, inamsızlıq xasdır.
Pəltəklik bir çoxları üçün həyatın probleminə çevrilir, belə
ki, o, təhsilə, ətrafdakılarla münasibətə təsir edir. Belə adamlara şəxsi həyatlarını
qurmaq çətin olur.
Nə məsləhət vermək olar? Əlbəttə, ilk növbədə nevropatoloqa,
loqopedə, psixonevroloqa müraciət etmək lazımdır. Müalicə mümkün qədər erkən başlanmalı
və kompleks şəkildə aparılmalıdır. Medikamentoz müalicə ilə, psixoterapiya ilə yanaşı,
habelə xüsusi loqopedik məşğələlər aparılmalıdır ki, bunun da məqsədi ünsiyyətin
və nitq davranışının normallaşdırılması, müxtəlif situasiyalarda tam mənalı şifahi
nitqin formalaşmasıdır. Ailədə səmimi və sakit şəraitin yaradılması xüsusi əhəmiyyətə
malikdir.
Bəzi xalq təbabəti vasitələrini də məsləhət görmək olar:
- jenşen, zamanixa tinkturası, 30-40 damcı, gündə 3 dəfə;
- rodiola tinkturası yaddaşı və diqqəti yaxşılaşdırır: xəstənin yaşı qədər damcı, gündə 3 dəfə.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.