İtdirsəyi - kirpiyin kökü ətrafında piy vəzisinin kəskin irinli
iltihabıdır. Kirpiyin tük kisəciyinə və yaxud piy vəzisinə irintörədici mikroorqanizmlərin
düşməsi nəticəsində əmələ gəlir. Əvvəl göz qapağının kənarında ağrılı nöqtə olur,
sonra bu nöqtə qızarmış şişkinliyə və göz qapağının ödeminə çevrilə bilər. 2-3 gündən
sonra absses (yerli irinli iltihab) əmələ gəlir və deşilərək içərisindən irin xaric
olur.
İtdirsəyinin inkişafının ilkin mərhələsində ağrılı nöqtə nahiyəsində
göz qapağının kənarına 70%-li spirt və yaxud brilliant yaşılının 1%-li spirtli məhlulunu
(zelyonka) 2-3 dəfə sürtmək kifayətdir. Bundan başqa, quru istilik, ultrayüksək
tezlik (UVÇ) göstərişdir. Göz qapağının kənarına 30%-li sulfasil-natrium məhlulu
damızdırmaq da effektlidir.
Xalq təbibləri itdirsəyindən tez bir zamanda yaxa qurtarmaq
üçün gözə, axşamdan təzə hazırlanmış, tünd çay ilə sarğı qoymağı məsləhət görürlər.
İtdirsəyinin ilkin əlamətləri meydana gələn zaman öz tüpürcəyini (yaxşı olar ac
qarına) xəstə yerə sürtmək müalicəvi effekt verir.
İtdirsəyi tez-tez əmələ gəlirsə, pivə mayasından istifadə
etmək məsləhət görülür. Bu zaman okulistlə (göz həkimi) məsləhətləşmək lazımdır.
İtdirsəyini
sıxmaq, irinini çıxarmağa çalışmaq - qəti surətdə QADAĞANDIR!
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.