LÜMBAQO

Lümbaqo - həddən artıq ağır yükün qaldırılması və yaxud ehtiyatsız hərəkət zamanı gözlənilmədən beldə əmələ gələn kəskin kəsici ağrıdır və, adətən, bel əzələlərinin tonik gərginliyi ilə müşayiət olunur. Lümbaqonun əmələ gəlmə səbəbi kimi, çox vaxt, bel nahiyəsində onurğaarası disklərin osteoxondrozu göstərilir (bax: osteoxondroz).

Lümbaqo 30-50 yaşlarda kişilərdə daha tez-tez müşahidə olunur. Lümbaqo zamanı ağrı kəsici, deşici xarakter daşıyır. Ağrı əzələnin, sümüyün dərinliyində yerləşir. Ağrı tutması zamanı, adətən, adam məcburi pozada donub qalır, belə ki, hər hansı kiçicik hərəkət ağrını artırır. Güclü ağrı bir neçə dəqiqə, saat davam edir, sonra tədricən azalır və, adətən, 7-10-cu gün tam kəsilir. Bəzən kəskin ağrı gözlənilmədən, necə əmələ gəlmişdisə, eləcə də kəsilir.

Lümbaqo zamanı 5-7 gün ərzində ciddi yataq rejimi gözlənilməli, yataq yeri sərt (taxta lövhənin üzərinə nazik döşək sərilir) və hamar olmalıdır. Xəstələrə qeyri-narkotik analgetiklər (analgin, reopirin, baralgin), əzələ tonusunu azaldan preparatlar (midokalm, skutamil), yerli olaraq ultrabənövşəyi şüalanma, bel nahiyəsinin dərisinə ağrıkəsici məlhəmlər - finalqon, menovazin, efkamon, kamfora spirti və s. təyin edilir, refleksoterapiya vasitələri tətbiq edilir.



No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.