Çil - dəridə xırda açıq-qəhvəyi və ya tünd-qəhvəyi ləkələrdir.
Çil piqment mübadiləsinin irsi xüsusiyyətləri ilə əlaqədar əmələ gəlir. O, adətən,
burunda, yanaqlarda, alında olur və uşaq və gənc yaşlarda və ağbəniz, sarışın adamlarda
müşahidə olunur. Payız-qış mövsümündə çil bəyazlaşır, rəngsizləşir, bəzən itib gedir.
Baharda, yayda günəş şüasının təsirindən yenidən əmələ gəlir.
Çil, əlbəttə ki, xəstəlik deyil. Lakin bu kosmetik defekt
daxili diskomforta, bəzən utancaqlığa, sıxıntıya səbəb olur.
Xalq təbabəti çillərdən yaxa qurtarmaq üçün bir sıra reseplər
təklif edir:
- 1 çay qaşığı hidrogen peroksid, 2 çay qaşığı qliserin, 2 çay qaşığı spirt və 2 xörək qaşığı su - hazırlanmış qarışığı 15 dəqiqəlik dərinizə sürtün və sonra yuyun;
- 1 stəkan qatığa 1 həb aspirin - dəriyə sürtün;
- təzə xiyarın şirəsinə ikiqat həcmdə spirt əlavə edin və dərinizə sürtun - 15 dəqiqə;
- suda həll edilmiş limon şirəsi (1 xörək qaşığı şirəyə 0,5 litr su) - dərinizə sürtün.
- yulaf ləpələrini (gerkules) qəhvəçəkən maşında çəkin, qaynar suda dəmləyin, sonra 1 yumurtanın sarısı və bir çay qaşığı zeytun yağı əlavə edin. Təmizlənmiş dəriyə 20 dəqiqəlik çəkin və sonra yuyun;
- xiyarı rəndələyin və zeytun yağı əlavə edin. Qarışığı dərinizə 15 dəqiqəliyinə çəkin;
- kəsmikə limon və bal əlavə edin. Dərinizə sürtün.
Üzdəki çillərin qarşısının alınması üçün profilaktik tədbirlər:
Əgər çillərə meylli olduğunuzu bilirsinizsə, günəş şüalarının birbaşa təsiri zamanı son dərəcə diqqətli olmağı məsləhət görürük.
- Üzünüzə ən yüksək qoruma dərəcəsi olan krem çəkin.
- Dərini ultrabənövşəyi şüalardan qoruyan antioksidantların çatışmazlığı çillərin əmələ gəlməsini artıra bilər. Pəhrizinizə C və PP (nikotin turşusu) vitaminləri ilə zəngin qidaları daxil edin. Vitamin C tərəvəz və meyvələrdə, nikotin turşusu isə toyuq, mal əti, qaraciyər və qarabaşaq yarmasının tərkibində olur.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.