Konyuktivit gözün selikli qişasının (konyuktivanın) iltihabıdır.
Ən yayılmış göz xəstəliklərindən biridir. Buna səbəb gözün selikli qişasının ətraf
mühitin müxtəlif faktorlarının (xəstəlik törədici mikrob və virusların, üzvi və
kimyəvi qıcıqlandırıcıların) təsirinə olduqca həssas olmasıdır. Çirklənmiş hava,
toz, tüstü, havası dəyişilməyən qapalı mühit, kifayət qədər işıqlı olmayan şəraitdə
gərgin göz işi və s. konyuktivitin inkişafında mühüm rol oynayır. Allergiyanın da
rolu istisna edilmir.
Gedişinə görə kəskin və xroniki konyuktivit ayırd edilir.
Kəskin konyuktivit gözlərdə güclü sancı, göz
qapağı altında qum hissi, gözün yaşarması ilə başlayır. Gözlər (gözün konyuktivası)
qızarır, şişir. Əvvəl bir gözün, sonradan ikincisinin prosesə qatılması müşahidə
olunur. Bəzən gözün selikli qişasında nöqtəvari qansızmalar olur.
Xroniki konyuktivit çirklənmiş, tozlu
hava şəraitində, kimyəvi qarışıqların təsirindən, pis işıqlandırılmış yerdə gərgin
göz işi zamanı, göz qapaqlarının, göz yaşı yollarının, burunun və burun-udlağın
xroniki xəstəlikləri zamanı əmələ gələ bilər. Xroniki konyuktivitin simptomlarına
göz qapaqlarının ağırlaşması, gözlərdə yanqı, yad cisim hissi, yaşaxma, işıqdan
qorxma aiddir.
Konyuktivitin müalicəsi həkim-oftalmoloq tərəfindən aparılır.
Gözə bor turşusunun 2%-li məhlulu və aşağıda adları çəkilən dərman vasitələrindən
biri: sulfasil-natrium, penisillin, kanamitsin, gentamitsin məhlulları, natrium-sulfapiridazinin
10%-li məhlulu damızdırılır. Xroniki konyuktivit çətin müalicə olunur, tez-tez residiv
verir.
Ev şəraitində də konyuktivitin müalicəsi üçün effektli və
sadə vasitələr hazırlamaq olar:
- 2 yumurtanın ağını 0,5 stəkan qaynadılmış su ilə (soyuq halda) qarışdırın və 30-40 dəq. isti yerdə saxlayın. Bu kütləni yatmazdan 10-15 dəq. qabaq gözlərə sürtmək lazımdır;
- 1 xörək qaşığı evkalipt yarpağının üzərinə 1 stəkan qaynar su əlavə edin, 7-10 dəq. qaynadın, soyudun. Alınmış həlimlə konyuktivit tam sağalanadək gözləri yumaq məsləhətdir.
Buyurun izləyin:
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.