YANIQLAR


Yanıqlar - yüksək hərarətin, elektrik cərəyanının, turşu və qələvilərin, ionizəedici şüalanmanın təsiri nəticəsində toxumaların zədələnməsidir. Müvafiq olaraq, termik, elektrik, kimyəvi və şüalanma yanıqları ayırd edilir. Ən çox müşahidə olunan termik yanıqlardır.

Birinci kömək - zədələyici faktorun təsirini aradan qaldırmaqdır. Odla yanıqlar zamanı yanan geyimi söndürmək, zərər çəkmiş şəxsi yüksək hərarət zonasından çıxarmaq lazımdır; qaynar maye, ərinmiş metalla yanıqlar zamanı tez bir zamanda yanıq nahiyəsindən geyimi çıxarmaq lazımdır. Yanmış nahiyəni soyuq suya salmaq və yaxud üzərinə su axıtmaq (5-10 dəqiqə ərzində) məqsədəuyğundur. Zərərçəkmiş şəxsə 1-2 q (2-4 həb) asetilsalisil turşusu (aspirin) və 0,05 q (1 həb) dimedrol vermək lazımdır. Əgər yanıq sahəsi bədən səthinin 15%-dən çoxunu təşkil edirsə, zərərçəkmişə ən azı 0,5 litr çay sodası və xörək duzu (1 litr suya 0,5 çay qaşığı çay sodası və 1 çay qaşığı xörək duzu) həll edilmiş su vermək lazımdır. Yanıq nahiyəsinə aseptik sarğı qoyaraq, təcili tibb müəssisəsinə çatdırmaq lazımdır.

Yanıqların müalicəsi üçün bir çox xalq təbabəti vasitələri mövcuddur. Onlardan yalnız az tanınanlarını qeyd edək. Balqabağın içi çox effektlidir, onu yanıq yerinə qoymaq lazımdır. Beləcə effektli adi palıd qabığını göstərmək olar:
  • 40 q xırdalanmış palıd qabığının üzərinə 1 stəkan qaynar su əlavə edərək 5-7 dəq. zəif odda qaynatmaq, soyutmaq və süzmək lazımdır. Yanıq nahiyəsini islatmaq üçün istifadə edilir.
Çaytikanı toxumunun yağı yarasağaldıcı vasitədir. Nekrotik (çürümüş, məhv olmuş) toxumalardan təmizlənmiş yara səthinə damcılayıcı (pipetka) vasitəsilə çaytikanı yağı tökərək sarğı qoyulur.
Yanıqlar zamanı isladıcı kimi baldan, adi sarmaşıq yarpağının dəmləməsindən də istifadə edilir. Dərman bulaqotu (veronika) da kömək edir:
  • 20 q quru, xırdalanmış dərman bulaqotunun üzərinə 1 stəkan qaynar su əlavə edərək, soyuyanadək gözləmək lazımdır. Bu vasitədən yaranı yumaq və yerli vannalar üçün istifadə edilir.
Toyuq yumurtası yanıqlar zamanı əla sağaldıcı təsirə malikdir:
  • yumurtanı bərkiyənədək qaynatmaq, sarısını çıxararaq quru tavada zəif odda qara kütlə alınanadək bişirmək, soyutmaq və yanıq yerinə sürtmək lazımdır.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.